Laçın sözünün mənası ‘MƏĞRURLUQ‘ deməkdir. Laçında eramızdan əvvəl ו-װ minilliyə aid olan abidələr var. Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə mövcud olub. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiya Osmanlı İmperiyasından və İran ərazisindən erməniləri bura köçürüb. XX əsrin əvvəllərində Laçının da daxil olduğu Zəngəzur bölgəsində erməni quldurlarının törətdiyi qırğında yarım milyon insan həlak olub. 1923-cü ildən şəhər statusu alır. 1926-cı ildə yaxınlıqdakı dağın adına uyğun olaraq, şəhərə ‘Laçın‘ adlandırılır. Ermənilər Qarabağın Ermənistana birləşdirilməsində Laçın rayonunu bir maneə kimi görürdülər və Laçının mərkəzinin ləğv olunması üçün çalışırdılar. 1970-1980-ci illərdə Laçının bəzi kəndlərinə aid torpaqları mənimsəyiblər. Bunlar Laçının tam işğalına zəmin yaradırdı. Şuşa işğal ediləndən sonra Laçın intensiv olaraq atəş altında idi. Bütün cəhdlərə baxmayaraq, Laçın 18 may 1992-ci ildə ermənilər tərəfindən işğal edildi. 260-dan çox şəxs erməni vəhşiliyinin qurbanı oldu. Onlardan 18-i azyaşlı idi. 65 mindən çox insan evindən didərgin düşür. Laçının adı dəyişdirilərək ‘Berdzor‘ qoyulub. 2020-ci il 27 sentyabrda Azərbaycan ordusu əks hücum əməliyyatlarına başladı. Əvvəl, Laçının Güləbird, Səfiyan, Türklər kəndləri işğaldan azad edilir. Ali Baş Komandanı cənab İlham Əliyevin hərtərəfli siyasəti nəticəsində noyabrın 10-da Azərbaycan ordusu müharibədə qalib gələrək Ermənistanı Laçın rayonunu boşaltmağa məcbur etdi. Düşmən Laçından gedərkən xain əməllərindən geri qalmır, evləri, meşələri yandırırdılar.2020-ci il 1 dekabrda Azərbaycan ordusu Laçın şəhərinə daxil olur. Nəhayət, Laçın öz tarixi həqiqətinə, Azərbaycana qovuşdu..... QARABAĞ AZƏRBAYCANDIR!Həmayil Hüseynova,Xocalı rayonundan məcburi köçkün